Məhkəmədə qatil və mərhumun anası ÜZ-ÜZƏ

Məhkəmədə qatil və mərhumun anası ÜZ-ÜZƏ
Video
Hadisə 101

Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, hadisəyə səbəb yoldaşının ona xəyanət etməsi olub.

"Qadağan etməyimə baxmayaraq, məndən xəbərsiz telefon işlədirdi ", - o söyləyib.

Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə, qızına qoyulan telefon qadağasından xəbərdar olub:

"Qızım həmişə deyirdi ki, Bəxtiyar telefon işlətməyə icazə vermir. Mən də Bəxtiyara söyləyirdim ki, işi üçün lazımdır, balalarına, sənə yardım etmək üçün işləyir.

İki ay idi, onları ayırmışdım. Qızım "Bəxtiyar məni öldürəcək" deyirdi. Mən də söyləyirdim ki, o belə şey etməz".

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 1999-cu il təvəllüdlü Xumar Həsənlinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyev yaşadıqları fərdi evdə arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası fevralın 19-na təyin olunub.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər