Məhkəmə Saatlıda atasını öldürən şəxs barəsində qərar verib
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlıda atasını öldürməkdə təqsirləndirilən Rabil Ağayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün onun məcburi müalicəyə göndərilməsi barəsində qərar qəbul edilib.
Qeyd edək ki, hadisə ötən il iyul ayında Saatlı rayonunda baş verib. Təqsirləndirilən Rabil Ağayev şəxsi münasibətlər zəminində atası Ramiz Ağayevin boğaz nahiyəsinə şüşə parçası ilə xəsarət yetirərək qətlə yetirib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...