Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb.
Vəsatət təmin olunmayıb.
Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Bakıda hüquqşünas necə qatil oldu? - Əmircandakı qətlin detalları - FOTO
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında...