Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib

Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
Hadisə 138

Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soy adı şərti) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər