"Megacity"nin ərazisində GÜCLÜ YANĞIN - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 60 m² olan transformator otağının dam örtüyünün taxta atmaları 20 m² sahədə, içərisində olan transformatorun yanar hissələri və giriş-çıxış kabelləri 5 p.m yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilir ki, otağın qalan hissəsi, içərisində olan digər transformator və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yanğın hadisəsi Zahid Xəlilov küçəsində yerləşən "Megacity" yaşayış kompleksinin ərazisində qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...