Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib.
Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...