MAXE dənizdə boğulan yeniyetməni xilas edərkən özü də boğuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində 2 nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.
Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə - 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.
Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...