Maştağadakı bazarda nöqsanlar aşkarlanıb
Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi 1 ünvanında fiziki şəxs Xəyal Fikrət oğlu Rəcəbliyə məxsus "Xəyal" bazarı və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı bazarda ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədən, temperatur rejiminə əməl olunmadan, açıq və antisanitar şəraitdə satışa çıxarıldığı məlum olub. Eləcə də qanunsuz heyvan kəsimi məntəqəsinin fəaliyyət göstərdiyi müəyyən edilib.
"Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, inzibati xəta haqqında protokol tərtib olunub. Qanunsuz kəsim məntəqəsinin fəaliyyəti dayandırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Nümunələr laborator müayinələrə göndərilib", - məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Lənkəranda yaşayış evlərini talayan şəxs saxlanılıb
Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs...