Maştağada narkotik çəkib qəza törədən sürücü HƏBS EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində "Kia" markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək "Hyundai" markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
BAKU.WS xəbər verir ki, Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...