Maşını qaçırıb qəza törətdilər: Biri öldü, digəri yaralandı - VİDEO

Dünən səhər saatlarında Lənkəran şəhərində ağır yol qəzası baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Hənifə Abdullayev küçəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb.
Nəticədə avtomobildə ön sərnişin oturacağında əyləşən 17 yaşlı İsmayıl Xansuvarlı hadisə yerində ölüb. Avtomobili idarə edən 23 yaşlı Taleh Abdullazadə ağır xəsarət alıb.
Bildirilir ki, qəzaya düşən gənclər avtoyuma məntəqəsində işləyib. Onlar yumaya verilmiş avtomobili götürərək şəhər ərazisində sürətlə idarə ediblər və yağışlı hava şəraitində avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər - YENİLƏNİB - FOTO
Lənkəranda dostlar yumaq üçün götürdükləri avtomobillə ağır qəza törədiblər. BAKU.WS report-a istinadən xəbər verir ki, avtoyuma məntəqəsində çalışan Lənkəran ş...
