Maşın Qarabağ əlilini vurub öldürdü – VİDEO

Maşın Qarabağ əlilini vurub öldürdü – VİDEO
Video
Hadisə 4560
Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.BAKU.WS "BakuTV"yə istinadən xəbər verir ki, Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi “Silverado” markalı minik avtomobili ilə hərəkətdə olan zaman anidən onun qarşısına piyada çıxıb. Nəticədə o, piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Əraziyə DYP əməkdaşları cəlb olunub. Sürücü saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər