Maşın körpüdən aşdı, 12 yaşlı uşaq öldü

Maşın körpüdən aşdı, 12 yaşlı uşaq öldü
Hadisə 111

Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər