Maşın çaya düşdü, sürücü öldü - VİDEO

Maşın çaya düşdü, sürücü öldü - VİDEO
Video
Hadisə 403
Ağsuda körpüdən çaya düşən avtomobilin sürücüsü ölüb.BAKU.WS xəbər verir ki, hadisə ötən gecə Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Dilman kəndi ərazisində, Ağsu çayı üzərindəki körpüdə baş verib.Bakının Binəqədi rayon sakini, 36 yaşlı Qüdrət Şahpələngov 7272 HX Gürcüstan dövlət nömrə nişanlı "Ford" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq körpüdən Ağsu çayına düşüb.Hadisə nəticəsində sürücü Qüdrət Şahpələngov və sərnişini, 36 yaşlı Bayram Əkbərov ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Həkimlərin səyinə baxmayaraq sürücü xəstəxanada dünyasını dəyişib.Sərnişinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakıya aparılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS Xəbər TV-yə istinadən Ağsu çayına düşən maşının görüntülərini təqdim edir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər