Maşallah Əhmədov məhkəmədə
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın veteran futbolçusu Maşallah Əhmədov İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində şahid qismində iştirak edib.
BAKU.WS sportnet.az-a istinadən xəbər verir ki, keçmiş hücumçunun növbəti prosesdə ifadə verməsi nəzərdə tutulur. Proses fevralın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, Maşallah Əhmədov Binəqədi rayon polisinə edilmiş şikayət ərizələri əsasında 350 min manatı mənimsəmə iddiası ilə 2015-ci il dekabrın 14-də həbs olunub. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Lakin M.Əhmədovun vəkilinin apellyasiya şikayəti əsasında onun cəzası 2017-ci il iyulun 24-də səkkiz ildən iki ilə endirilib. Həmin il oktyabrın 7-də isə cəzasını başa vuraraq azadlığa çıxıb.
Veteran futbolçu daha əvvəl verdiyi müsahibədə Vilyam Hacıyevin ona 400 000 manat borclu olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycanda film kimi cinayət: "Sevin ki, generalın əlinə düşməmisən"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman A...