Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..."
Abşeron rayonunun Masazır kəndində, Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın əvvəlcə "Mercedes" markalı avtomobildə başlayıb, daha sonra alov yaxınlıqda dayanan digər nəqliyyat vasitələrinə keçib.
Sakinlərdən biri hadisənin səhər saatlarında güclü partlayış səsinə bənzər səslə başladığını bildirib: "Bir səs gəldi, elə bildim raket atdılar. Bir də baxdım ki, maşınlar yanır".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının...