Masallıda yol qəzasında 3 nəfər xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
BAKU.WS report-a istinad'n xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndi ərazisində baş verib. Lənkəran rayon sakini İlqar Bəşirovun idarə etdiyi “VAZ 2107” və Masallı rayonu, Mahmudavar kənd sakini İnqilab Əliyevin idarə etdiyi “Mersedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ 2107"in sürücüsü İlqar Bəşirov, avtomobildə olan daha iki nəfər - Vüsal İsmayılov və Cəsarət Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların hər üçü travmatalogiya şöbəsinə yerləşdirilib.Qəzaya “Mersedes”in sürücüsünün səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Lənkərandakı qəzada yaralanan şəxslərin adları AÇIQLANDI - YENİLƏNİB
Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, “Ləvəngi” dairəsində qeydə...