Masallıda narkotikləri evakuatorla daşımağa cəhd edən şəxslər ifşa edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Polis diqqət çəkməmək üçün narkotikləri evakuatorla daşımağa cəhd edən şəxsləri ifşa edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək şəxslər polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonu ərazisində saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər - 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd ediblər. Onlar Q.Xandadaşlıya məxsus yük yerində 16 kiloqram marixuana gizlədilmiş avtomobildə guya qəfil nasazlıq baş verdiyi görüntüsünü yaradaraq evakuator xidmətinə müraciət ediblər. Lakin onların bu niyyəti Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ifşa olunub və hər iki şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, Q.Xandadaşlı və E.Əzizli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər...