Masallıda narkotikin təsiri altında sərnişin daşıyan şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı rayon sakini Qadir Kərimov sürücülük hüququ olmadan idarə etdiyi "Mercedes" markalı mikroavtobusla sərnişindaşıma fəaliyyəti göstərdiyi üçün saxlanılıb.
Yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Q.Kərimov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...