Masallıda kottecdəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-3

Masallıda kottecdəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-3
Video
Hadisə 123

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənərək meşəlik əraziyə və digər kotteclərə keçməsinin qarşısı alınıb.

***18:00

Masallıda meşəlik ərazidə baş verən yanğın yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

*** 17:38

Masallıda meşəlik ərazidə yanğın başlayıb.

Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın saat 17 radələrində meşəlik ərazidə baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq.

FHN "112" qaynar xəttinə daxil olan ilkin məlumata əsasən, Masallı rayonunun Qəriblər kəndində kottecdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər