Masallıda iki kənd qazsız QALIB
15
dek
2024
17:21
Güclü şaxta Masallıda qaz xəttində qəza yaradıb, iki kənd qazsız qalıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, gecə saatlarında güclü şaxtanın təsirindən Masallı Xidmət Sahəsinin Alvadı Qazpaylayıcı Stansiyasından təbii qazla təmin edilən 273 mm diametrli ortatəzyiqli qaz kəmərinin rayonun Şərəfə kəndi ərazisindən keçən hissəsində qəza halı yaranıb.
Nəticədə, ümumilikdə 1200 abonenti əhatə edən Şərəfə və Ağakişibəyli kəndlərinə qazın verilişində müvəqqəti məhdudiyyət yaranıb.
Müvafiq qüvvələr qəzanın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsinə başlayıb.
Oxşar xəbərlər
Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı BMW markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol...