Masallıda ailə FACİƏSİ: Bir nəfər öldürüldü, üç nəfər yaralandı - Keçmiş polis şübhəli bilinir

İyunun 29-da, gecə saat 4 radələrində Masallı rayonunun Xoşçobanlı kəndi ərazisində bir nəfərin qətlə yetirilməsi və bir neçə nəfərin yaralanması ilə bağlı Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Masallı rayon prokurorluğundan bildirilib.
Aparılmış ilkin araşdırmalarla, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyevin ov tüfəngi ilə atəş açaraq ailə-məişət münaqişəsi zəminində qohumu Aybəniz Məmmədovanı qəsdən öldürməsinə, digər qohumları Arzu Zərbəliyeva, Aysu Məmmədova və Fərman Qarayevə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Kamran Zərbəliyev şübhəli şəxs qismində tutulub, hadisənin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
***10:09
Bu gün saat 03:30 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onların hər birinə ilkin tibbi xidmətlər göstərilib.
Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Digər iki şəxs Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir.
Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
***09:03
İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.
A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olunub.
Oxşar xəbərlər
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində...
