Masallıda 16 yaşlı qızına toy etmək istəyən ata polisə aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunda 16 yaşlı qıza toy etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.
BAKU.WS-in məlumatına görə, Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov “qafqazinfo”ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:
“Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib”.
Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...