Masallıda 15 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərdən izahat alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşalrı tərəfindən araşdırma aparılıb.
"Report"un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, aparılan araşdırmaların nəticəsində məlum olub ki, Elçin Məmmədzadənin (ad şərtidir) valideynləri rayonun Təzə Alvadı kənd sakini, 2007-ci il təvəllüdlü Aysel ƏIizadənin (ad şərtidir) evinə elçi gediblər.
Valideynləri azyaşlı qızının elçi düşən oğlanla nişanlanmasına icazə veriblər.
Bundan sonra hər iki tərəfin valideynləri ilə profilaktik söhbətlər aparılıb və qızn 18 yaşı tamam olmayınca toy mərasiminin keçirlməməsi ilə bağlı izahatları alınıb.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...