"Marsel" azarkeşləri "Lion"un avtobusuna hücum etdilər - VİDEO

30
okt
2023
09:46
Futbol üzrə Fransa çempionatının 10-cu turunda insident yaşanıb.
BAKU.WS xəbər verir ki, matçdan əvvəl "Marsel" klubunun azarkeşləri qonaq komanda "Lion"un avtobusunu daşa basıblar.
Nəticədə "Lion" klubunun baş məçqsi Fabio Qrossonun baş yarılıb və o, xəstəxanaya yerləşdirilib. Baş məşqçinin köməkçisi Rafael Lonqo da xəsarət alıb. Avtobus şüşəsinin qırıntıları onun gözünü zədələyib.
10-cu tur çərçivəsində keçirilməli olan "Marsel" - "Lion" matçı təxirə salınıb. Azarkeşlərinin davranışına görə, "Marsel"ə texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Nənədən qalan miras, yasdakı tərs baxış - "Eurohome"dakı qətlin TƏFƏRRÜATLARI - FOTO
2022-ci il iyulun 18-də Binəqədi rayonu Biləcəri qəsəbəsində 1983-cü il təvəllüdlü Şəmiddin Quluyev qətlə yetirilir. Məlumatla əlaqədar, dərhal polis və prokuro...
