Marneulidə torpaq uçqunu olub, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda torpaq uçqunu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Marneuli şəhərinin Çavçavadze küçəsində baş verib.
Belə ki, "China Group" şirkətinin iki əməkdaşı su-kanalizasiya sisteminin quraşdırılması zamanı qəfil torpaq sürüşməsi nəticəsində torpaq altında qalıb. Nəticədə işçilərdən biri hadisə yerində həlak olub, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hər iki zərərçəkən Marneulinin Candar qəsəbəsinin sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...