Marneulidə azərbaycanlı ana və oğlu qətlə yetirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli rayonunun Axlılələ kəndində ötən gecə qətl hadisəsi törədilib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, 22 yaşlı oğlan və onun anası odlu silahla öldürülüb.
Marneuli rayonunun Axlılələ kəndində törədilən qətlin üstü açılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1982 və 2004-cü il təvəllüdlü ata və oğul saxlanılıb.
Hər iki şəxs ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldürmə maddəsi üzrə ittiham olunurlar.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Axlılələ kəndində qonşuluqda yaşayan ana və onun oğlunu odlu silahla ölümcül yaralayıblar.
Polis hər ikisini hadisədən qısa vaxtdan sonra saxlayıb. Ov tüfəngi maddi sübut kimi müsadirə edilib.
Ata və oğulun günahı sübuta yetirilərsə, onları 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...