"Mall"dan 135 manatlıq gödəkçə oğurlayan şəxs saxlanıldı - ETİRAF VİDEOSU
Bakının iri ticarət mərkəzlərindən birində oğurluq edən şəxs saxlanılıb.
BAKU.WS-in məlumatına görə, o, hadisə törədən zaman narkotik vasitənin təsiri altında olduğunu əməli etiraf edib.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş əvvəllər məhkum olunmuş 34 yaşlı Əbdül Salmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Ə.Salmanovun Sabunçu rayonu və ya paytaxtın digər ərazilərində analoji hadisələr törədib-törətmədiyini müəyyən etmək istiqamətində araşdırma aparılır.
Xatırladaq ki, hadisə bir neçə gün əvvəl Bakıda qeydə alınıb. Belə ki, şəxs ticarət mərkəzində mağazalardan birinin önünə qoyulmuş mankenin üzərindəki 135 manatlıq gödəkçəni götürüb və ərazidən uzaqlaşıb.
Oxşar xəbərlər
Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi
Bakıda tanışına çox sayda bıçaq xəsarəti yetirməkdə təqsirləndirilən Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb. BAKU.WS xəbər verir ki,...