Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - RƏSMİ

Mahmudçalada balıqların kütləvi ölümünün səbəbi açıqlanıb - RƏSMİ
Hadisə 183

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatına səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, bu səbəbdən kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - deyə məlumatda vurğulanıb.

*** 13:15

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə report-un Muğan bürosuna yerli sakinlər bildirib.

Onların sözlərinə görə, bir neçə gündür ki, sözügedən təsərrüfat ərazisində suyun səviyyəsinin kəskin azalması balıqların kütləvi tələfatına səbəb olub.

Son xəbərlər