Magistral su kəmərində qəza oldu: Bakının bir sıra əraziləri susuz qalacaq
26
iyn
2022
09:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bir sıra ərazilərində içməli suyun təminatında problem olacaq.
BAKU.WS xəbər verir ki, bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Facebook”da məlumat verib.
Qurum rəsmisi bildirib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.
A.Cəbrayıllı həmçinin vurğulayıb ki, qəza briqadaları hadisə yerində işləyir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...