Magistral kəmər zədələndi: Nardaranda abonentlər qazsız qalıb - FOTO
Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib.
Bu barədə Azəriqaz İB-dən bildirilib.
Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib.
Hal-hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupları cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda xarici vətəndaşa məxsus TIR qaz xəttinə çırpıldı, minlərlə abonent qazsız qaldı - YENİLƏNİB - VİDEO
Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb...