Bakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıb
Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur. Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür.
BAKU.WS xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
"Xəzər rayonu Binə qəsəbəsi "Sovxoz" ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb. Təbii hadisə səbəbindən müvəqqəti olaraq 600 abonentin qaz təchizatında fasilə yaranıb.
"Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib", - deyə o bildirib.
Qalereya
Oxşar xəbərlər
Güclü külək Bakıda fəsadlar törətdi: Bu ərazilər qazsız qaldı - FOTO
Fevralın 6-da gecə saatlarında əsən güclü külək Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb. BAKU.WS xəbər ver...