Güclü külək Bakıda fəsadlar törətdi: Bu ərazilər qazsız qaldı - FOTO

Güclü külək Bakıda fəsadlar törətdi: Bu ərazilər qazsız qaldı - FOTO
Foto
Hadisə 236

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.

“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.

Fevralın 6-da Balaxanı qəsəbəsində də külək qaz şəbəkəsinə ziyan vurub. Qəsəbədəki yeni yaşayış massivində Həsən Əliyev 169 ünvanında 89 mm diametrində olan aşağı təzyiqli qaz xəttinin 15 metrlik hissəsi dirəklərdən aşıb, bir sayğac yararsız hala düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gəncədə güclü külək həyatı iflic etdi - FOTO

Gəncədə güclü külək həyatı iflic etdi - FOTO

Gəncə şəhərində axşam saatlarında güclü külək bir sıra fəsadlara yol açıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, təbii hadisə şəhərin bir sıra yaşa...

3708 Hadisə 10:17 01 fevral 2020

Son xəbərlər