Güclü külək Bakıda su çənini avtomobilin üstünə atdı – FOTO

Güclü külək Bakıda su çənini avtomobilin üstünə atdı – FOTO
Hadisə 1818
Bakıda müşahidə edilən güclü külək fəsadlar törədir.BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu gün güclü külək Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli binanın damında quraşdırılmış plastik su çənini yerə atıb. Küləyin təsiri nəticəsində yerindən oynayan su çəni daha sonra həyətə yuvarlanıb. Çən həyətdə park edilmiş “Mitsubishi Outlander” markalı minik avtomobilinin üstünə düşüb. Nəticədə avtomobil şüşələri qırılıb, ban hissəsi tamamilə əzilib.Xoşbəxtlikdən hadisə vaxtı maşında heç kim olmayıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər