Mağazanın qarşısında ona irad bildirən şəxsi bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Asim Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Asim Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 18 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb.
Belə ki, "Subtropik" çörək zavodunda sürücü işləmiş Asim Məmmədov idarə etdiyi "Ford Transit" avtomobili ilə yolu keçən qadına yol vermədiyi üçün mübahisə edib. Buna görə zərərçəkmiş Elvin Qafarlı (soyadı şərti) ona haqlı irad tutub. Təqsirləndirilən şəxs isə zərərçəkmişlə mübahisə edib onu nalayiq sözlərlə təhqir edib. Sonra Asim üzərində saxladığı bıçaqla Elvinə xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə zərbə endirərək xəsarət yetirib.
Daha sonra Asim Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Azyaşlı düzgün diaqnoz qoyulmaması səbəbindən xəstəxanada ölüb, həkimə cəza verilib – MƏHKƏMƏ
Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi...