Lukaşenko Azərbaycan vətəndaşına məktub göndərdi - FOTO

Lukaşenko Azərbaycan vətəndaşına məktub göndərdi - FOTO
Foto
Hadisə 564

Belarus prezidenti Aleksandr Lukaşenko Böyük Vətən müharibəsi veteranı, Belarusun müdafiyəsi uğrunda döyüşən 95 yaşlı Tovuz sakini Rüstəm Eyvazova şəxsən təşəkkür məktubu ünvanlayıb və onu medalla təltif edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, onun medalı rayonun ucqar dağ kəndi olan Çataq kəndində özünə təqdim edilib.

R. Eyvazov Taqanrok diviziyasının tərkibində Ukrayna və Belarusiya uğrunda gedən döyüşlərdə şücaət göstərib.

95 yaşlı veteran onu qələbənin il dönümündə unutmayan Belarusiya prezidenti Aleksandr Lukaşenkoya təşəkkür məktubu da yazıb.

Qələbənin il dönümündə keçiriləcək parad üçün iştirak etmək istəyini də məktubuna əlavə edib.

Qeyd edək ki, Rüstəm Eyvazov Taqanroq atıcı diviziyasının tərkibində Ukrayna və Belarus uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.

Onun faşistlərə vurduğu sarsıdıcı zərbə şəhər uğrunda gedən döyüşlərdə əsaslı dönüş yaradıb.

Ayağından aldığı ağır xəsarətə baxmayaraq, yenidən döyüşlərə qatılıb.

Minik avtomobili ilə təmin edilən 95 yaşlı veteran Azərbaycan dövləti tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu bildirib, bunun üçün Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İki ölkədəki döyüşlərdə 300 azərbaycanlı öldürüldü (RƏSMİ)

İki ölkədəki döyüşlərdə 300 azərbaycanlı öldürüldü (RƏSMİ)

İraq və Suriyada gedən döyüşlərdə 300 Azərbaycan vətəndaşı həlak olubBAKU.WS-in trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumla...

1304 Hadisə 12:19 29 yanvar 2018

Son xəbərlər