Lotu Qulinin şərəfinə düzənlənmiş məclisə BASQIN - FOTO

29
yan
2019
14:30
Ukraynada "qanuni oğru" Nadir Səlifovun ad günü şərəfinə təşkil edilmiş məclisə polis basqını olub.BAKU.WS xəbər verir ki, bu barədə Donetsk vilayəti polis rəis müavini Artyom Kisko öz "Facebook" səhifəsində məlumat və görüntülər paylaşıb.Onun sözlərinə görə, əməliyyat zamanı saxlanılan digər kriminal avtoritetlərlə bərabər Ukraynada ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı da olub. Onun Mariupol şəhərinə başqa soyadla gəldiyi üzə çıxıb.Gürcüstan vətəndaşı Mariupola qanuni oğru Nadir Səlifovun (Quli) adından burada “nizam-intizam” yaratmaq üçün göndərilib.Polis həmçinin onun Poltava vilayətində soyğunçuluq törətdiyinə görə həbs edildiyini vurğulayıb.Polisin yaydığı məlumatda bildirilir ki, saxlanılanların üzərində narkotik maddə aşkarlanıb.BAKU.WS




Oxşar xəbərlər
“Lotu Qulu” Skype-da iki azərbaycanlıya “vor” adı verdi
Əmirovun əli qanlı olmasından bütün Azərbaycan kriminal avtoritetləri xəbərdardır. Bu günlərdə Türkiyədə iri oğru yığıncağı olub, burada iki azərbaycanlı "qanun...
