"Lotu Quli"nin qohumu Bakıda həbs edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə qətlə yetirilən "Lotu Quli" ləqəbli Nadir Səlifovun yaxın qohumu Bakıda saxlanılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, saxlanılan şəxsin adı Natiq Binnətovdur.
N.Binnətov bir neçə gün əvvəl Xətai rayonunda yerləşən restoranda cinayət törətməyə meyilli bir qrup şəxslə birgə xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edərkən saxlanılıb. Onun və məclis iştirakçılarından daha bir neçə nəfərin üzərindən narkotik vasitə çıxıb.
N.Binnətov və daha bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
N.Binnətov əvvəllər də həbsdə olub.
Xatırladaq ki, "Lotu Quli" ləqəbli Nadir Səlifov avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə güllələnərək qətlə yetirilib.
Oxşar xəbərlər
“Rövşən Lənkəranski”nin qardaşı qisas üçün Bakıdan Piterə killer göndərdi
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş istintaq İdarəsi 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətovun işi üzrə istintaqı tamamlayıb.BAKU.WS virtu...