Lombardın işçisi: "Maqsuddan ən çox ziyanı mən çəkmişəm"

Lombardın işçisi: Maqsuddan ən çox ziyanı mən çəkmişəm
Hadisə 186

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə ifadə verən lombardın işçisi Mədinə İsrafilova bildirib ki, o, zərərçəkmiş olduğu halda məhkəmədə şahid kimi təqdim olunur: "Mən özüm zərərçəkmişəm. Ən çox ziyanı mən çəkmişəm".

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər