“Lexus”un şüşəsini sındıran şəxs polisi vurub qaçmaq istədi
05
apr
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonu ərazisində avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə istinadən xəbər verir ki, aprelin 4-də saat 1 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində naməlum şəxs Dönük Qırıqlı kənd sakini Ə.Həsənovun “Lexus” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərib.Bu zaman səsə-küyə gəlmiş polis serjantı N.Həsənov şübhəli şəxsi saxlayarkən o, polis əməkdaşının əl nahiyəsinə metal alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Lakin görülmüş tədbirlərlə həmin şəxs saxlanılıb.Araşdırmalarla onun Qovlar şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Qasımov olması müəyyən edilib.BAKU.WS
Oxşar xəbərlər
Binəqədidə insanları qorxuda saxlayan şəxs saxlanıldı – FOTO
Binəqədi rayonunda 4 mənzildən oğurluq edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata g...