Lerikdə vəzifə saxtakarlığı: Kommunal birliyin rəisi və məktəb direktoru CƏZALANDIRILDILAR

Lerik Rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəisi Rasim Əliyevə qarşı cinayət işi başlanıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Rasim Əliyev barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə açıq məhkəmə iclasında baxılıb.
İttihama əsasən, Rasim Əliyev şəxsi maraqlarını təmin etmək məqsədilə Lerik rayonunun Vizəzəmin bələdiyyəsi ilə bağlanmış rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib və bununla vəzifə saxtakarlığı törədib.
Qeyd olunub ki, Vizəzəmin bələdiyyəsi ilə Lerik Kommunal Müəssisələr İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqaviləni Hamarmeşə kənd tam orta məktəbinin direktoru A.C. imzalayıb.
Bu sənədlərin əsasında Rasim Əliyev və məktəb direktoru Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə Rasim Əliyev 1 500 manat, məktəb direktoru isə 3 min manat cərimə olunublar. Hər iki şəxs barəsində tətbiq edilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, həmçinin eyni məqsədlə saxta dövlət təltifi, ştamp, möhür və blank hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən ÇIXARILDI
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbər şəxsi işdən azad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin s...
