Lerikdə güclü qar evin dam örtüyünü uçurub
Yeniliklərdən dərhal xəbərdar olun
"Hamarmeşə kəndində qarın ağırlığına tab gətirməyib, damı uçan ev sahibkara məxsus yardımçı tikili, gözətçi evidir. 1 otaqdan ibarət olan sözügedən ev yaşamaq üçün həmin ailəyə verilib. Görünür, tikinti işləri normaya uyğun aparılmayıb və bu hadisə baş verib".
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov bildirib. Qeyd olunub ki, artıq, ailə yaxınlarının evlərinə köçürülüb.
Komissiya sədri onu da bildirdi ki, ötən gecə rayon ərazisində 10 dərəcə şaxta müşahidə olunub. Hazırda qar əriməyə başlayıb. Kəndlərə elektrik enerjisinin verilişi bərpa olunub. Əhalinin sıx yaşadığı kəndlərə gedən yollar qardan təmizlənib. Lənkəran-Lerik yolu tam açıqdır.
Qalereya
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...