Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb
Lənkəranda 2 nəfərin cəsədi tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.
Ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.
Həmin şəxslərin fermada gözətçi işlədikləri bildirilir.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Oxşar xəbərlər
Qaçırdığı qızı zorla videoya çəkdi - Dostları ilə birgə tutuldu
Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir...