Lənkəranda yük avtomobili ilə minik avtomobilləri toqquşdu - yaralılar var

Lənkəranda yük avtomobili ilə minik avtomobilləri toqquşdu - yaralılar var
Hadisə 52

Lənkəranda yük avtomobili ilə minik avtomobilləri toqquşub, yaralılar var.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Lənkərandan Astara istiqamətindəki magistralda, (Köhnə Ələt-Astara) Səpnəkəran kəndi ərazisində baş verib.

"Ford" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Bürcəli kənd sakini Elvin Əhməd oğlu Əhmədli və 2003-cü il təvəllüdlü Xanbulan kənd sakini Habil Ruslan oğlu xəsarət alıblar.

Əhmədli Elvin Əhməd oğlunun vəziyyəti daha ağır qiymətləndirilir. Təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Əhmədliyə baş beynin qapalı əziyi diaqnozu qoyulub. Bundan başqa, o, müxtəlif bədən xəsarətləri də alıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları...

18553 Hadisə 14:55 19 yanvar 2019

Son xəbərlər