Lənkəranda traktor pikapla toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda traktor pikapla toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
Foto
Hadisə 29

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi səhər ​saatlarında Ələt-Astara magistralının 172 km-də, Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.​

Lənkəran rayonunun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor ​ hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Astara rayonunun Şümrüd kənd sakini 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​ “Mitsubishi” pikap markalı avtomobilin arxa hissəsinə çırpılıb. Zərbənin nəticəsində traktor aşıb.

Tarktorun sürücüsü S.Həbibzadə və pikapda olan sərnişinlər,​ Astara rayonun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-cı il təvəllüdlü Mövlud​ Şadoglan oğlu Məmmədov, həmkəndlisi 1978-ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər