Lənkəranda təqaüd kartından pul oğurlayan şəxs saxlanılıb

Lənkəranda ahıl şəxsin təqaüd kartından pul oğurlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.
Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Neftçalada 71 yaşlı kişini cərəyan vurub öldürdü
Neftçala rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Pirəbbə kəndində baş verib. Kənd sakini, 19...
