Lənkəranda sel 60 ha çəltik sahəsini yararsız hala salıb

Lənkəranda sel 60 ha çəltik sahəsini yararsız hala salıb
Foto
Hadisə 27

Lənkəranda sel suları 60 hektar çəltik sahəsini yararsız vəziyyətə salıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Lənkəranda intensiv yağışlar ayr-ayrı fermerlərin əkib-becərdikləri çəltik sahələrinə ciddi ziyan vurub. Təqribən 60 hektara yaxın çəltik sahəsi məhv olub.

Fermerlərin sözlərinə görə, sel suları sahələri çəltiyin biçin vaxtı basıb. Bu da həm biçini ləngidib, həm də sahələri dağıdıb.

Fermer-aqronom Möhtəmən Fərziyev bildirib ki, vəziyyətlə bağlı sığorta şirkəti onlara yardım etməlidir: "Əks halda bu, çəltiyin qiymətinə təsir edə bilər. Keçən il 2,70 manata satılan düyü 3 manatdan yuxarı ola bilər. Çünki qoyulan xərclər çıxmalıdır".

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri İlqar Həsənov APA-ya bildirib ki, 2025-ci ildə Lənkəranda 780,2 hektar sahədə çəltik əkini reallaşıb. Bu günə kimi sahələrdən ayrı-ayrı fermerlər tərəfindən 350 hektara yaxın çəltik biçini aparılıb. Son intensiv yağışlar nəticəsində bəzi fermer təsərrüfatlarına 60 hektara yaxın ziyan dəyib. Yetişən sünbüllər yağış nəticəsində yerə yatıb və yararsız hala düşüb. Kombaynlar həmin ərazilərdə biçin apara bilməyib, bu baxımdan fermerlər xeyli ziyan dəyib.

Son xəbərlər