Lənkəranda QƏZA: Üç nəfər xəsarət alıb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ-21011 markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri - 2005-ci il təvəllüdlü Zamiq Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər
Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu i...
