Lənkəranda qeyri-adi ördək: Tənha sahibinin yanından ayrılmır
Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib.
Belə ki, ördək balası sahibindən ayrılmır və günün demək olar ki, bütün saatlarında onunla birlikdə hərəkət edir.
Ördəyin sahibi Rahil Vəliyev bildirib ki, balanı yumurtadan çıxdıqdan sonra evə gətirib və həmin andan etibarən ondan ayrı qalanda narahat olur:
"Mağazaya gedirəm, o da gəlir. Məndən əl çəkmir. Yuxarı çıxıram, həyətdə o qədər səs çıxarır ki, axırda düşürəm aşağı. Görürəm ki, yanıma gəlir".
Sakinlər belə hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. Ördəyin sahibindən ayrılmadığını və onun ardınca hər yerə getdiyini bildirirlər.
Oxşar xəbərlər
Bakıda aptekdən meyit tapıldı
Bakıda aptekdə meyit tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə avqustun 24-də saat 3 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsind...