Lənkəranda qəbristanlıqdan su çəkilib
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran şəhərinin "Kürə" deyilən ərazisində qəbristanlıqdan suyun çəkilişi təmin edilib.
BAKU.WS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları subasmanın fəsadlarının aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görüb.
***10:17
Lənkəran şəhərinin "Kürə" deyilən ərazisində qəbristanlığı su basıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, 2 gündür yağan güclü yağış rayonun müxtəlif ərazilərində subasmalara səbəb olub.
Xatırladaq ki, bu gün saat 09:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12, Tərtərdə 11, Beyləqanda 10, Ağdamda 8, İmişlidə 6, Cəfərxanda 5, Yevlax, Sabirabadda 4, Mingəçevir, Zərdab, Şəkidə 3, Mingəçevir, Oğuzda 2, Kürdəmir, Bərdə, Göyçay, Qəbələ, Qobustan, İsmayıllı, Ceyrançöl, Tovuz, Zaqatala, Balakən, Ağstafa, Naxçıvanda 1 mm-dək qeydə alınıb.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...