Lənkəranda qadın qayını tərəfindən ölümlə təhdid edilir - FOTO

Lənkəranda qadın qayını tərəfindən ölümlə təhdid edilir - FOTO
Foto
Hadisə 342

Masallı rayon, Şərəfə kənd sakini Kazımova Rəfiqə Baxşəli qızı qayını Əzizov Təhmasib tərəfindən təhdid edilir.

BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a R.Kazımova özü məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı rəhmətə getdikdən sonra qaynı torpaq sahəsi üstündə onu balta ilə öldürməklə təhdid edib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin verdiyi məlumata görə, tərəflər arasında mübahisə torpaq sahəsi ilə bağlı yaranıb:

“Mübahisə ilə əlaqədar olaraq tərəflər qarşılıqlı şəkildə polisə müraciət ediblər. Hazırda məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib”.

O qeyd edib ki, ekspertizanın rəyindən və aparılacaq araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər